D I G I T A L
S O U R C E

Yüklənir..

Biz müştərilərə avadanlıqların təmiri, zəmanətli qulluq, satışdansonrakı qulluq və müxtəlif avadanlıqların çoxsahəli təminatı üzrə geniş spektrli xidmətlər təklif edirik. Servis mərkəzi şirkətin zəmanət və zəmanətdən sonrakı öhdəlikləri üçün dünya üzrə nəhəng avadanlıq istehsalçıları ilə təmsil olunur. Səlahiyyətlənmiş servis mərkəzinin statusu orada bütün müvafiq certifikatları olan yüksək ixtisaslı heyətin olmasını və eləcə də diaqnostika avadanlıqları olan texniki kompeksin olmasını nəzərdə tutur və müştəri məhz "Digital Source" MMC-yə üz tutmaqla göstərilən xidmətlərin yüksək keyfiyyətinə əmin ola bilər. Şirkət həm də istənilən növ iş üçün müəyyən olunan müddətlə də müştəriləri təəccübləndirməyə tam qadirdir. Dünyanın bir çox tanınmış avadanlıq, aksesuar, proqram təminatı istehsalçıları ilə topladığımız çoxillik əməkdaşlıq təcrübəsi hesabına biz müştərinin sorğusuna tez reaksiya verir və zəruri tapşırıqları yerinə yetiririk.

"Digital Source" MMC-nin ən böyük üstünlüyü - servis mərkəzlərində təminat xidmət mərkəzlərinin olması, koordinasiya mərkəzi ilə təmin olunma və müştərilərin texniki təminat üzrə təmin olunması üçün yeni imkanların təqdim olunmasındadır. Yardım xidməti bütün sutka boyu həftədə yeddi gün işləyir, eləcə də telefon və ya İnternet vasitəsi ilə də xidmət göstərir. Sorğuları qəbul edən ekspertlər təkcə müasir avadanlıqlarla geniş iş təcrübəsinə malik olan mütəxəssislər deyil, eləcə də onlar müştərilərlə ünsiyyətdə olmaq üçün xüsusi olaraq təlimat keçən şəxslərdir. Bəzən hər hansı bir problem Digital Source-nin səlahiyyətli servis mərkəzi ilə adi telefon ünsiyyəti vasitəsi ilə həll ola bilir. Əgər sizin üçün texniki təminat xidmətində şəxsən iştirak etmək zəruridirsə, onda müştərilərə xidmət mərkəzi xüsusi diaqnostik avadanlıqlarla bir komanda təşkil edir.

Təmir, zəmanət və zəmanətdənsonrakı xidmət və eləcə də digər növ xidmətlərə dair istənilən növ sifariş Helpdesk «Digital Source»-in texniki yardım xidmətinin mütəxəssisləri tərəfindən sözsüz ki, qeydə alınır və bunun reallaşma prosesi problemin həlli başa çatana qədər nəzarətdə saxlanılır.