D I G I T A L
S O U R C E

Yüklənir..

“Digital Source” MMC sağlam ətraf mühitin bizim qlobal cəmiyyətimiz, iqtisadiyyatımız, biznesimiz və insanlarımız üçün son dərəcə mühümlüyünü anlayır. Biz həmçinin bugünkü ekoloji problemlərə diqqətlə yanaşılmadığı təqdirdə onların potensial nəticələrini anlayırıq.

Azərbaycanda İT xidmətləri sahəsində dünyada ən aparıcı şirkətlərdən biri kimi olaraq mövqeyimizi və eləcə də vicdanlı korporativ vətəndaşlığa daimi sədaqətimizi nəzərə alaraq sağlam və sabit mühitin formalaşmasına təkan vermək üçün resurslarımızın idarə olunması və onlardan istifadə olunması üçün məsuliyyət daşıyırıq. Beləliklə biz öz müştərilərimizlə, maliyyə və tərəfdaşlıq üzrə partnyorlarımızla əməkdaşlıq etdiyimiz və onları təlimatlandırdığımız kimi, öz biznesimizin bütün aspektlərində də ekoloji problemləri nəzərdən keçirməyə can atırıq.

“Digital Source” MMC elə bir keyfiyyətli xidməti göstərməyə can atır ki, öz əməkdaşlırımız üçün təhlükəsiz və sağlam iş yerlərinin təmin etsin və ətraf mühitə bizim potensial təsirimizi minimuma endirsin.

Biz ətraf mühitə dair bütün müvafiq qanunvericiliklərə riayət edərək fəaliyyət göstəririk və biz bütün fəaliyyətimizdə ətraf mühiti qorumağa və ən yaxşı ekoloji üsullardan istifadə etməyə çalışacağıq.

  • Ekoloji problemləri və bunların nəticələrini nəzərdən keçirməyi bizim qərar qəbul etmək proseslərinə və sonrakı fəaliyyətimizə inteqrasiya etdirmək.
  • Tullantıları minimum endirmək və sonradan onları bərpa etmək və ya mümkün qədər çox emal etmək.
  • Ehtiyyatların qorunması üçün binalarımızda enerjidən və sudan istifadəni minimuma endirmək və təbii resurslardan istifadəni minimuma endirmək.
  • Mümkün olan qədər ətraf mühitə ən az zərərli olan məhsulları və xidmətləri almaq.
  • Əməkdaşlarımıza onların işlərinə təsir göstərə bilən ətraf mühitin problemləri haqqında təlim vermək, öyrətmək və məlumatlandırmaq.
  • Əməkdaşlarımız arasında məlumatlı olmağın və ictimailiyin yüksəldilməsinə şərait yaratmaq və onlara ekoloji cəhətdən məsuliyyətli iş fəliyyətini aşılamaq.
  • Bizim ekoloji intizamımız haqqında müştərilərə, istehlakçılara və ictimaiyyətə məlumat vermək və onlara bu yolla ekologiyanı qorumağı aşılamaq.