D I G I T A L
S O U R C E

Yüklənir..

"Digital Source" MMC-də biz tövsiyyələr və İT xidmətlərin auditi üzrə geniş spektrli təkliflər təqdim edirik ki, bu da sizə İT layihələrinizi vaxtında və minimal biznes pozuntuları ilə büdcənizə uyğun təmin etməkdə biznesinizə yardım edəcək.

İT -Audit dedikdə bu şirkətin informasiya texnologiyalarına aid olan bütün məlumatların toplusu və hesabdarlığı anlaşılır. Bu, şirkətin İT heyətinin nədən ibarət olmasını və onun nə cür işləməsini müəyyən etmək və hesablamaq üçün istifadə olunan bir təcrübədir və beləliklə qərar qəbul etmiş şəxslər İT – təminatı, planlaşdırma və sorğu məlumatları məqsədi ilə bundan istifadə edə bilmək məqsədi daşıyır.

İT audit saytın ölçüsündən asılı olaraq bir neçə saatdan bir neçə günə qədər vaxt ala bilər. Bizim İT auditlərimiz müfəssəl ola bilər və ya biz şirkətin malik olduğu baza icmalı haqqında məlumat verə bilərik.

İT Auditin məqsədi şirkətin hansı infrastruktura, cihaz təminatına, proqram təminatına və sisteminə malik olmasını müəyyən etmək və bunları necə yanaşı qoymaqla İT Şəbəkəsinin dəqiqliyini müəyyən etməkdən ibarətdir. İT hər bir biznesin ürək döyüntüsüdür, ona görə də o, rəvan işləməlidir. Onun minimum dayanıqsız və rəvan işləməsini təmin etmək üçün İT-təminatı əsas tərkib hissə hesab olunur, belə ki, electron-poçtu, internet və ya sistemlər işləmədiyi təqdirdə şirkətin işləməsi nadir bir hal ola bilər. "Digital Source" MMC İT audit aparan zaman problem yaranan halda aparıcı praktika baxımından hansı yanaşmaların zəruri olmasını və reallaşmasını müəyyən edə bilərik. Tez-tez qəzalı bərpa planları nəzərə alınmır və biz də İT-auditi zamanı riskin harada olmasını təyin edəcəyik.

Bizim peşəkar xidmətlərimiz bəzən ixtiyari həllər formasında və ya bizim daha geniş İT xidmətləri çərçivəsində təqdim oluna bilər.

"Digital Source" MMC müxtəlif texnologiyalar üzrə geniş spektrli layihələrin reallaşdırılmasında təcrübəyə malikdir. Buna görə də siz istər serverlərin virtuallaşdırılması layihəsini, istər ofisi köçürməyi, istərsə də sizin tələblərinizi daha yaxşı anlamaq üçün İT auditi aparmağı planlaşdırmısınızsa, biz bu sahədə təcrübəyə malikik və sizə yardım etməyə hazırıq.

Faydalar:

  • Təcrübəli və müvafiq ixtisaslı mühəndislərlə riskləri aradan qaldırmaq;
  • Tam fasizləsiz xidmətlə dizayn və planlaşdırmadan tutmuş, alış və çatdırılmaya qədər tədarükün sadəliyi.