Yüklənir..
Əlbəttə ki, servis mərkəzinin peşəkarlığının ən mühüm göstəricilərindən biri də məşhur dünya istehsalçılarının icazəsindən ibarətdir: yalnız bu halda servis mərkəzi müştərinin müvafiq avadanlığına yüksək ixtisaslı xidmətin təmin olunması üzrə bacarığa və hüquqa malik ola bilər.
Müvafiq icazəni almaq üçün servis mərkəzi bir sıra əvəzolunmaz şərtlərə riayət etməlidir. O, müəyyən binaya, müxtəlif diaqnostika avadanlıqları olan texniki kompleksə və sertifikatlaşdırılmış peşəkar şəxsi heyətə malik olmalıdır. Digital Source MMC bütün bu sayılan təıəblərə tam cavab verir. Bu səbəbdən Digital Source MMC-nin servis mərkəzi IBM, HP kimi brendlər də daxil olmaqla dünya avadanlıq istehsalçılarını icazəsinə malik olmalıdır və beləliklə bu ona imkan verəcək ki, o, avadanlıqların zəmanətli və zəmanətdən sonrakı xidmətini yerinə yetirsin. Digital Source MMC-nin servis mərkəzi onun işlərinin koordinasiya olunması və bütün müştərilərlə rabitənin yaxşılaşdırılması üçün yaradılan “Xidmət obyekti” kimi xüsusi şöbəyə malikdir. Bu şöbənin mütəxəssisləri telekommunikasiya vasitəsi ilə müştərilərin avadanlığının bir çox texniki problemlərini məsafədən həll edə bilərlər. Əlbəttə ki, hər bir məsələ məhz bu yolla həll oluna bilməz – belə halda mütəxəssislər dərhal sayta keçə və bütün zəruri cihazlarla bu avadanlığın diaqnostkasını apara bilər və bu yolla müəyyən edə bilər ki, meydana gələn nasazlığı yerində həll etsin və ya onu zəruri xidmət üçün servis mərkəzinə göndərsin.