D I G I T A L
S O U R C E

Yüklənir..

Hər bir şirkətin öz spesifik ehtiyacları vardır və bütün şirkətlərə uyğun gələ bilən hər hansı sadə tətbiq mövcud deyil. İstifadəçi proqram təminatı individual şirkətlərin spesifik tələblərini təmin etmək məqsədi üçün zəruridir. AccelOps platforması şirkətin konkret tələblərini həyata keçirmək üçün xüsusi olaraq işlənib hazırlanmış məhsullarla təmin və təchiz olunur. Tətbiqlərin işlənib hazırlanması sahəsində müşahidə olunan hazırki gərgin dönəmdə şirkətin bütün tələbləri – şirkət daxilində effektivliyi yüksəldən səmərəli və müasir sistemin qurulması deməkdir və son nəticədə bu, gəlirin yüksəlməsinə gətirib çıxaracaqdır.

Şirkət necə zəmanət verir ki, o, tətbiqlərin işlənib hazırlanması üzrə etibarlı xidmətlər təklif edəcəyinə imkan verən doğru platforma qazanacaq? Proqram təminatının işlənib hazırlanması üzrə bir çox tapşırıqlar autsorsinqə ötürülür, çünki daxili tərtibatçını cəlb etmək baha başa gəlir. Lakin AccelOps ilə autsorsinqə ötürməyə ehtiyac qalmır, belə ki, bu platformada istifadəçi tətbiqlərini sadələşdirən çoxsaylı avtomatlaşdırılmış funksiyalar mövcuddur. Yalnız şirkət əsas istifadəçi ilə işi asanlaşdırmaq üçün hansı tətbiqə ehtiyac olduğunu dəqiq tanıyır və buna görə də məhz onlar öz şəxsi tətbiqlərini ən azı yaxşı, ideal formada işləyib hazırlamalıdırlar.

"Digital Source" MMC-nin ekspertləri geniş spektrli proqram təminatı platformaları və tərtibat alətləri ilə iş təcrübəsinə malikdirlər ki, bu da onlara müxtəlif sahələrdə müştəriyə xidmət göstərməyə imkan verir. Biz proqram təminatının işlənməsi, autsorsinq və konsaltinq bazarında uzunmüddətli iş təcrübəsinə malikik. İstənilən uğurlu layihə ideyanın qurulması və planın tərtib olunması ilə başlayır. Sizin rəğbətinizi qazanmaqdan qabaq bizim tərtibatçılarımız sizin layihəni, onun məqsədlərini və perspektivlərini, eləcə də onun individual xüsusiyyətlərini analiz edir. Sizə nəyin lazım olmasından asılı olmayaraq: individual proqram təminatının işlənib hazırlanması, inteqrasiya və biznes-idarəçiliyi üçün həllər, mobil və ya veb-tətbiqlərin tərtib olunması - "Digital Source" MMC məhz bunları sizə təklif etməyə hazırdır. Bizim xidmətlərimizə ideyaların işlənib hazırlanmasından tutmuş müntəzəm xidmətin göstərilməsinə qədər tam dövriyyəli proqram təminatının tərtib olunması daxildir. Yeni biznesə başlamaq və ya öz hazırki fəaliyyətinizi təkmilləşdirmək üçün proqram təminatının işlənib hazırlanması üzrə bizim xidmətlərimizdən yararlanın.

Biz sizin hətta arzularınızda belə təsəvvür etmədiyiniz biznesinizin inkişafına təkan verəcək proqram təminatının işlənib hazırlanması üçün yüksək keyfiyyətli məhsulları sizə təqdim edirik.