D I G I T A L
S O U R C E

Yüklənir..

Müasir biznesin aparıcı gücü informasiyadır. Qərar qəbulunda bu əsas elementdir. Lakin əsaslı qərarlar qəbul etməkdən öncə məlumatların qorunma sistemini təşkil etmək zəruridir. Bu məsələ geniş ərazi şəbəkəsinə malik olan şirkətlər üçün daha aktualdır.

Problemin həlli korporativ Məlumat Saxlancının (MS) yaradılmasından keçir. Bu cür saxlanclar özündə şirkətin bir növ “yaddaşı”-nı əks etdirir. O, dəqiq strukturlanmış və ora daxil olmağın differensiallaşdırılmış hüququ ilə təchiz edilmişdir. Məlumat saxlancları elə bir formada tərtib olunur ki, insanlar analiz aparılması və hesabatların tərtib olunması üçün zəruri olan məlumatlara giriş edə bilməklə onların qərar qəbul etməsini təmin edə bilsin.

Məlumat saxlanclarının fəaliyyət göstərməsi intellektual analiz prosedurları ilə və ya məlumatların toplanması (MT) ilə sıx bağlıdır. Bu cür analiz, xüsusi statistic metodlardan və cihaz təlimindən istifadə etməklə, artqı mövcud olan məlumatların vasitəsi ilə yeni biliklərin axtarılmasını əks etdirir.
İntellektual analiz klassik statistikadan bununla fərqlənir ki, o, dəqiq qiymətləndirmə ilə deyil, gələcəkdən xəbər vermə və ehtimalla işləyir.