D I G I T A L
S O U R C E

Yüklənir..

Biz müştərilərə avadanlıqların təmiri, zəmanətli xidmət, satışdansonrakı xidmətlə bağlı geniş spektrli xidmətlər təklif edirik və strukturlaşdırılmış kabel şəbəkəsi və ya SCN dedikdə bu - məlumatları, videonu, səsi və onun hüdudlarında olan istənilən digər məlumatı ötürmək üçün nəzərdə tutulan vahid kabel sistemini təşkil edir. SCN, təyinat və ötürülmə vasitələri cəhətdən bir-birindən fərqlənən bir neçə informasiya sistemi və xidmətinin birləşdirilməsinə şərait yaradır. SCN-nin tətbiq sahələləri daha genişdir. Bunlardan avadanlıqların və avtomatlaşdırmanın sistematik idarəçiliyinin infrastrukturunu yaratmaq, şirkətlərin daxili telefon şəbəkələrini, videokonfranslar və s. də daxil olmaqla müxtəlif növ siqnal mühafizə sistemlərini yaratmaq üçün istifadə olunur. SCN-in əsas üstünlüyü istifadə olunan avadanlıqdan və tətbiq növündən asılı olmayaraq müxtəlif siqnallı kabellərin ötürülməsindən ibarətdir. Müasir SCN məlumatların ötürülməsi standartlarına əsaslanan kifayət qədər sərt tələbləri ödəməlidir.

SCNH-in faəliyyət dövrü növbəli şəkildə bir-birini əvəz edən bir neçə mərhələdən ibarətdir, yəni:

  • SCN-in layihə sənədləşməsinin işlənib hazırlanması;
  • 
SCN açılışı;
  • 
SCN diaqnostikası və test edilməsi;

  • Zəmanət və zəmanətdənsonrakı xidmmət;

  • Zəruri halda SCN-avadanlığının istehsalçısı tərəfindən sertifikatlaşma;